DÜNYA

28 Avqust

ABŞ-dan Kubaya 48 qeyri-qanuni miqrant qayıdıb

Kuba Daxili İşlər Nazirliyi də Havanaya qayıdarkən geri qayıdanlardan birinin axtarışda olduğu üçün saxlanıldığını bildirib.

Fins.az xəbər verir ki, Havanadakı Xose Marti Beynəlxalq Hava Limanına gələn 48 qeyri-qanuni miqrant ABŞ-dan Kubaya qaytarılıb. Bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Cəmi 48 qeyri-qanuni miqrant (43 kişi və 5 qadın) bu çərşənbə axşamı ABŞ-dan təyyarə ilə Kubaya qaytarılıb və onlar Xose Marti Beynəlxalq Hava Limanına gəliblər", - Kuba Daxili İşlər Nazirliyinin bəyanatında deyilir. 

Qeyd edilir ki, geri qayıdanlardan yeddisi Amerika sərhədinə çatmaq üçün Kubanı qeyri-qanuni yollarla dəniz yolu üzərindən tərk ediblər.

Daxili İşlər Nazirliyi onu da bildirib ki, miqrantlardan biri Havanaya qayıdarkən ölkədə axtarışda olduğu üçün saxlanılıb.

Kuba Daxili İşlər Nazirliyinin qeyd etdiyi kimi, bu yaxınlarda regionun müxtəlif ölkələrindən Kubaya ümumilikdə 65 qanunsuz miqrant geri qaytarılıb. 2024-cü ildə bu rəqəm 1030 nəfər olub.

Kaira Agayeva

Fins.az