ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə debat tarixini açıqlayıb. Debat sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərindəki ABC telekanalında keçiriləcək. Tramp əlavə edib ki, debat qaydaları iyun ayında ABŞ-ın hazırkı prezidenti Co Baydenlə baş tutan debatla eyni olacaq: iştirakçılara qeydlər və "fırıldaqçı" vərəqləri gətirmək qadağan ediləcək, suallar əvvəlcədən təqdim edilməyəcək.
Tramp avqustun 3-də Truth Social səhifəsində Kamala Harrislə sentyabrın 4-də Fox News-da debat keçirməyi planlaşdırdığını açıqlayıb.
Avqustun 20-də isə Harrisin bu debatdan imtina etdiyi və bu səbəbdən debatın təhlükə altında olduğu bildirilib.
Kaira Agayeva
Fins.az