DÜNYA

28 Avqust

Donald Trampa yeni ittiham

Xüsusi prokuror Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yeni ittiham aktını açıqlayıb.

Fins.az xəbər verir ki, yeni sənəd, Trampın cinayət təqibindən qismən toxunulmazlığını nəzərə alaraq, “prezidentliyə namizəd” kimi istinad edildiyi və seçkilərin nəticələrini müzakirə etməklə bağlı məqamların sənəddən çıxarıldığını bildirir.

İttihamnaməyə görə, Tramp seçkilərin nəticələrinin saxtalaşdırıldığına dair yalanlar yayaraq qeyri-qanuni təsir göstərməyə çalışıb.

Donald Tramp bu ittihamları seçicilərin diqqətini yayındırmaq cəhdi olaraq qiymətləndirib.

ABŞ Ali Məhkəməsi iyul ayında keçmiş prezidentlərin vəzifədə olarkən törətdikləri əməllərə görə əhəmiyyətli dərəcədə toxunulmazlığın saxlanılması barədə qərar çıxarıb. Trampın digər cinayət ittihamları arasında Kapitoliyə hücum və məxfi sənədlərin düzgün saxlanmaması da mövcuddur.

Kaira Agayeva 

Fins.az