Venesuela prezidenti Nikolas Maduro hökumətdə əhəmiyyətli kadr dəyişiklikləri edib.
Fins.az xəbər verir ki, yeni təyinatlara görə, Delsi Rodriqes vitse-prezident və Neft Nazirliyi vəzifələrini icra edəcək.
Pedro Tellechea Sənaye və Milli İstehsal Nazirliyinə rəhbərlik edəcək.
Müdafiə naziri Vladimir Padrino Lopez, yerli əhalinin işləri üzrə nazir Klara Vidal və icmalar və ictimai hərəkatlar naziri Anxel Prado əvvəlki vəzifələrini saxlayırlar.
Diosdado Kabello daxili işlər naziri, General Menri Fernandes kənd təsərrüfatı naziri, Letisiya Qomes turizm naziri, Anabel Pereyra Fernandez maliyyə naziri olub.
Arnaldo Sançes idman, Joana Karrillo qadınlarla iş və Xuan Xose Ramires ictimai işlər naziri təyin edilib.
Maduro’nun prezident seçkilərində qalib gəldiyi elan edildikdən sonra Karakasda etirazlar baş verib, 1 mindən çox insan saxlanılıb.
Avqustun 23-də Venesuela Ali Məhkəməsi Maduronun seçilməsini təsdiqləyib.
Kaira Agayeva
Fins.az