DÜNYA

28 Avqust

Böyük Britaniya Almaniya ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Böyük Britaniyanın baş naziri Keir Starmer və komandası, müdafiə, ticarət və biznes sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə Almaniya ilə yeni razılaşma əldə etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, avqustun 28-də Starmer Almaniyaya səfər edərək kansler Olaf Şolzla görüşəcək. İkitərəfli müqavilənin biznes və ticarəti inkişaf etdirməsi, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə birgə fəaliyyətin gücləndirilməsi gözlənilir.

Müqavilənin 2025-ci ilin əvvəlində imzalanması planlaşdırılır.

Bu razılaşma Böyük Britaniya və Almaniyaya Ukraynadakı münaqişə kimi əsas geosiyasi məsələlərdə birgə hərəkət etməyə imkan verəcək. Starmer, həmçinin, Almaniyanın Siemens Energy şirkətinin rəhbərliyi ilə görüşərək iş imkanlarını müzakirə edəcək.

Kaira Agayeva 

Fins.az