DÜNYA

28 Avqust

İqlim dəyişiklikləri Türkiyədə bahalaşmaya səbəb olub

Türkiyə Mərkəzi Bankının iqtisadçı-analitikləri iqlim dəyişikliklərinin qısa müddətdə ərzaq məhsulları ehtiyatlarını artırmağa və bu səbəbdən qiymət sabitliyi üçün risk yaratmağa səbəb olduğunu bildiriblər. Quraqlıq, sel və daşqınlar Türk fermerləri üçün əsas problemlərə çevrilib.

Fins.az xəbər berir ki, Mərkəzi Bank, iqlim dəyişiklikləri səbəbindən 2035-ci ilə qədər ərzaq xərclərinin qlobal səviyyədə 1,5%-dən 1,8%-ə yüksələcəyini vurğulayıb.

Türkiyənin meyvə-tərəvəz istehsalı üzrə aparıcı vilayətləri son illərdə şiddətli quraqlıqla üzləşib. Nəticədə, 2020-ci ildən bəri meyvə qiymətlərində ciddi ucuzlaşma qeydə alınmayıb və məhsuldarlıq azalarkən fermerlərin xərcləri artmaqdadır.

Kaira Agayeva 

Fins.az