DÜNYA

28 Avqust

Cənubi Koreya hökuməti demoqrafik problemlərlə mübarizə aparır

Cənubi Koreya hökuməti doğum nisbətinin azalmasının qarşısını almaqda çətinlik çəkir. Gəncləri uşaq sahibi olmağın dəbli geyimlərdən və bahalı restoranlardan daha yaxşı investisiya olduğuna inandırmaq çətinləşib.

Fins.az xəbər verir ki, Asiyanın dördüncü ən böyük iqtisadiyyatı olan Cənubi Koreya, demoqrafik problemləri həll etmək üçün yeni bir nazirlik yaratmağı planlaşdırır. 

Ölkədə vazektomiyanın ləğvi üçün subsidiyalar, yeni ailələrə maliyyə dəstəyi, pulsuz taksi gəzintiləri və uzun ödənişli valideyn məzuniyyətləri kimi tədbirlər doğum nisbətini artırmaqda yetərli olmayıb. Gənclər daha çox həyatdan həzz almağa yönəlib və ailə qurmağa can atmırlar. Cənubi Koreya, keçən il dünyanın ən aşağı doğum səviyyəsinə çatmaqla öz rekordunu yeniləyib. Əmək qabiliyyətli əhalinin sayının 50 ildən sonra iki dəfə azalacağı və əhalinin yarısının 65 yaşdan yuxarı olacağı gözlənilir.

Kaira Agayeva 

Fins.az