DÜNYA

28 Avqust

Mark Zukerberq pandemiya zamanı Ağ evin təzyiqləri ilə üzləşdiyini açıqlayıb

“META” şirkətinin baş direktoru Mark Zukerberq, Bayden Administrasiyasının COVID-19 pandemiyası ilə bağlı kontentə məhdudiyyət tətbiq etməsi üçün təzyiq göstərdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, Zukerberq, ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana göndərdiyi məktubda, Ağ ev rəsmilərinin COVID-19 mövzusundakı paylaşımların, hətta yumor və satirik məzmunların belə silinməsini tələb etdiyini bildirib. Zukerberq, bu təzyiqlərin yanlış olduğunu düşündüyünü və gələcəkdə belə hallarla qarşılaşarsa, bu tələbləri yenidən rədd edəcəyini vurğulayıb.

Kaira Agayeva 

Fins.az