Ukrayna prezidenti Vladimir Zelenski, Moskvaya "torpaqlarımızın 30%-ni" vermək istəmədiklərini və bu səbəbdən Rusiya prezidenti Vladimir Putinlə danışıqların mənasız olduğunu bildirib.
Fins.az xəbər verir ki, Kiyev 2024 Müstəqillik forumunda çıxış edən Zelenski, münaqişənin danışıqlar yolu ilə bitəcəyini, lakin əvvəlcə Ukraynanın güclü mövqeyə sahib olması lazım olduğunu vurğulayıb.
Ukrayna hökuməti gələcək sülh sammiti üçün möhkəm bir zəmin yaratmağa çalışır. Lakin Zelenski, Putinin müharibəni diplomatik yollarla bitirmək istəmədiyini düşünür. Kursk vilayətindəki hərbi əməliyyatların Ukraynanın danışıqlar mövqeyini gücləndirdiyini və güzəşt tərəfdarlarının sayını azaltdığını əlavə edib.
Kremlin rəsmiləri isə hazırda Ukrayna ilə danışıqların mümkün olmadığını və dialoqun döyüş meydanındakı vəziyyətdən asılı olduğunu qeyd ediblər. Moskva, Ukrayna ordusunun bəzi bölgələrdən çıxarılması və bu bölgələrin Rusiyanın bir hissəsi kimi tanınması kimi şərtlər irəli sürüb, lakin Kiyev bu şərtləri ultimatum kimi qəbul edir.
Kaira Agayeva
Fins.az