Çin 2023-cü ildə Sakit okeandakı təlimlərə 15,3 milyard dollar xərcləyib ki, bu da ölkənin ümumi müdafiə büdcəsinin 7%-ni təşkil edir.
Fins.az xəbər verir ki, bu məlumatlar Reuters-in məlumatında Tayvan silahlı qüvvələrinin daxili araşdırmasında yer alıb.
Çinin hərbi manevrlərinin əksəriyyəti Cənubi Çin dənizinin mübahisəli zonalarında, Şərqi Çin dənizində və Tayvan boğazında həyata keçirilib. Çinin bu xərcləri, ölkənin 2023-cü il üçün açıqladığı 197 milyard dollarlıq ümumi hərbi büdcənin kiçik bir hissəsini təşkil edir.
Tayvan da müdafiə xərclərini artırmağı planlaşdırır və 2025-ci ildə bu xərclərin ÜDM-nin 2,45%-ni təşkil edəcəyi gözlənilir.
Kaira Agayeva
Fins.az