DÜNYA

27 Avqust

Tacikistanın Qazaxıstana göndərdiyi suyun həcmi artıb

İyunun 1-dən Tacikistan Dostuq kanalı vasitəsilə Qazaxıstana 488,6 milyon kubmetr su göndərib. Bu, planlaşdırılmış həcmdən 45 milyon kubmetr çoxdur.

Fins.az xəbər verir ki, Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitovun qeyd etdiyi kimi, digər Mərkəzi Asiya dövlətləri ilə yanaşı, Tacikistan da Qazaxıstan üçün mühüm tərəfdaş olaraq qalır. “Ona görə də biz su ehtiyatlarının idarə olunması və mühafizəsi məsələsində birgə işə böyük diqqət yetiririk”, - deyə nazir vurğulayıb.

Özbəkistan və Qırğızıstanda quraqlıq səbəbindən su ehtiyatları azalıb, Qazaxıstanda isə bəzi ərazilərdə quraqlıq təhlükəsi mövcuddur.

Qeyd edək ki, avqust ayında yağıntının az olacağı proqnozlaşdırılırdı.

Kaira Agayeva 

Fins.az