DÜNYA

27 Avqust

Pavel Durov 12 cinayətdə ittiham olunub

Paris prokurorluğu bildirib ki, Telegram-ın yaradıcısı Pavel Durova qarşı iş iyulun 8-də Fransada açılıb. Onun həbs müddəti avqustun 28-də başa çatır.

Fins.az xəbər verir ki, P.Durov 12 cinayətdə ittiham olunub.    

- mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə olunmasında iştirak;
- hüquq-mühafizə orqanlarının tələbi ilə ibtidai araşdırmanın aparılması və istifadəsi üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;
- yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanmasında iştirak;
- narkotik vasitələrin paylanmasında iştirak;
- kibercinayətlərdə iştirakçılıq;
- mütəşəkkil cinayətkar qrupların tərkibində dələduzluqda iştirak.

Kaira Agayeva 

Fins.az