DÜNYA

26 Avqust

Britaniyalı qadın 102 yaşını paraşütlə tullanma ilə qeyd edib

Britaniyalı qadın özünün 102-ci ad gününü paraşütlə tullanma ilə qeyd edib və ölkənin ən yaşlı paraşütçü adını qazanıb. 

Fins.az xəbər verir ki, “İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Şərqi İngiltərə üzərində 7 min fut (2,1 kilometr) hündürlükdə təyyarədən tullanaraq Britaniyanın ən yaşlı paraşütçü olub”, - məlumatda belə deyilir.

Nəşr qeyd edir ki, qadın İkinci Dünya müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin qadınlardan ibarət yardımçı bölməsində xidmət edib.

Daha bir maraqlı fakt: haqqında söhbət gedən britaniyalı qadın 100 yaşını “Ferrari”nin sükanı arxasında qeyd etmişdi. O, Formula 1 yarışlarının keçirildiyi Silverstoun trası boyunca avtomobili saatda 200 kilometrdən çox sürətlə sürmüşdü.

Kaira Agayeva 

Fins.az