Avropa Komissiyası teleqramın təsisçisi Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirməkdən imtina edib və bunu "milli araşdırma" adlandırıb.
Fins.az xəbər verir ki, "Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik. Yaxşı olardı ki, Fransa rəsmilərinə müraciət edilsin", - təşkilatın mətbuat xidmətindən bildirib.
Qeyd edək ki, avqustun 24-də Fransada teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. Parisin Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.
Kaira Agayeva
Fins.az