ABŞ-ın ən böyük pərakəndə satışı ilə məşğul olan “Walmart Inc.” yüksək miqdarda arsen olduğuna görə 25 ştatda alma şirəsini satışdan geri çağırır.
Fins.az xəbər verir ki, ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) qeyd edir ki, şirənin içilməsi istehlakçıların sağlamlığına mənfi təsirləri ola bilər. Amma ciddi xəstəlik riskinin aşağı olduğu bildirilib.
Geri çağırma "Great Value" brendi altında satılan 9500-dən çox bağlama alma şirəsinə aiddir. Şirə "Refresco Beverages US Inc" tərəfindən istehsal olunur.
AP yazır ki, az miqdarda qeyri-üzvi və üzvi arsen bir çox qidada olur. Bununla belə, icazə verilən həddən bir qədər artıq olması qusma, qarın ağrısı, ishal, uyuşma və əzələ spazmları kimi simptomlara səbəb ola bilər.
Kaira Agayeva
Fins.az