DÜNYA

26 Avqust

Ukraynada partlayışlardan sonra elektrik enerjisində fövqəladə fasilələr yaranıb

Partlayışlar Ukraynanın Kiyev, Lvov, Odessa və bir sıra digər şəhərlərində baş verib. “Ukrenergo” bütün ölkədə fövqəladə elektrik enerjisinin kəsilməsini əmr edib və hava hücumu xəbərdarlıqları elan edilib. Ölənlər barədə məlumat yoxdur.

Fins.az xəbər verir ki, Ukrayna mətbuatı partlayışların Vinnitsa, İvano-Frankivsk, Jitomir, Lutsk, Odessa, Xmelnitski, Lvov, Poltava və Çerniqov vilayətlərində, eləcə də paytaxt Kiyevdə baş verdiyini yazır. Kiyevin meri Vitali Kliçko şəhərin bəzi ərazilərində enerji və su təchizatında fasilələr olduğunu bildirib. Kiyev və Nikolayev vilayətlərində işıqla bağlı problemlər də yaranıb.

Ukraynanın enerji şirkəti DTEK, fövqəladə qəzalar zamanı əvvəlcədən proqnozlaşdırıla bilən cədvəllərin tətbiq edilmədiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi hücumların yalnız Ukraynanın hərbi və enerji obyektlərinə, eləcə də əlaqədar infrastruktura edildiyini dəfələrlə vurğulayıb.

Kaira Agayeva 

Fins.az