Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp, Demokratlar Partiyasının namizədi Kamala Harrislə ABC News telekanalında debatda iştirak etməyi mənasız hesab edir.
Fins.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında yazıb.
"Bu kanalda debata çıxmaq onun üçün faydasızdır, çünki efirdə “Trampa nifrət edənlər” qrupu yığılacaq."
O, Harrisin bəzi digər media orqanlarında, xüsusən də Fox News, NBC, CBS və CNN-də debata çıxmaqdan imtina etməsini də tənqid edib.
Tramp əvvəlcə Harrislə seçkiqabağı üç raund debat keçirmək istədiyini bəyan etmişdi. Təklifinə görə, birinci raund sentyabrın 4-də Fox News kanalında, ikincisi sentyabrın 10-da ABC News-də, üçüncüsü isə bu gün NBC-də keçirilməli idi.
İndiyədək Kamala Harris yalnız ABC News-də sentyabrın 10-na nəzərdə tutulan debatda iştirak etməyə razılıq verib. O, əlavə debatların keçirilməsi ideyasını müzakirə etməyə hazır olduğunu da bildirib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Kaira Agayeva
Fins.az