DÜNYA

26 Avqust

Çində neftin kimyəvi çənlərdə daşınmasına görə 7 şirkət cərimələnib

Çin hakimiyyəti zəhərli maddələrin daşınması üçün nəzərdə tutulmuş çənlərdə yeyinti yağını daşıdığına görə yeddi şirkəti ümumilikdə 1,5 milyon dollar məbləğində cərimələyib.

Ən böyük cəriməni Sinograin dövlət şirkətinin bölməsi alıb - 401 min dollar.

Fins.az xəbər verir ki, qanun pozuntuları iyulda məlum olub. Çin Dövlət Şurasının Qida Təhlükəsizliyi İdarəsi tərəfindən aparılan araşdırmadan sonra şirkətlərə cərimələr verilib. Kimyəvi çənlərdə neft daşıyan iki sürücü barəsində də cinayət işi açılıb.

Dövlət Şurasının ofisi pozuntuları “son dərəcə ciddi” adlandırıb.

Bloomberg qeyd edir ki, Çin hakimiyyəti 2008-ci ildə 300 min insanın saxta süddən zəhərləndiyi hadisədən sonra qida qalmaqallarına həssas yanaşır.

Kaira Agayeva 

Fins.az