Filippin daha iki aktiv meymun çiçəyi (mpox) hadisəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, 37 və 32 yaşlı iki kişidə yoluxma halları təsdiqlənib, onların bədənində səpgilər əmələ gəlib. Hər iki xəstə Manila sakinləridir.
Bununla da ölkədə yoluxanların ümumi sayı üçə çatıb.
Keçən həftə, Filippindən kənara çıxmamış 33 yaşlı bir kişidə çiçək virusunun yüngül forması aşkarlanıb.
2022-ci ilin iyulundan bəri ölkədə 12 laboratoriya təsdiqlənmiş meymun çiçəyi (mpox) hadisəsi qeydə alınıb.
Meymun çiçəyi nadir virus xəstəliyidir və simptomları qızdırma, intoksikasiya, böyümüş limfa düyünləri, səpgilər və sonra xoralar əmələ gətirən blisterlərlə müşayiət olunur. Xəstəlik 2-4 həftə spontan sağalma ilə davam edir, lakin ağır hallarda ölüm riski mövcuddur.
Kaira Agayeva
Fins.az