DÜNYA

26 Avqust

Pakistan Hindistanın baş nazirini İslamabada səfərə dəvət edib

Rəsmi İslamabad Narendra Modini ŞƏT sammitində iştirak etməyə dəvət edib.

Fins.az xəbər verir ki, Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.

Nəşrin qeyd etdiyi kimi, Pakistan səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib.

Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olunmuşdu. Lakin Hindistan dövləti tədbirə qatılmaqdan imtina etmişdi.

Kaira Agayeva 

Fins.az