Tonqa Krallığının sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan şəhərindən 151 km şimalda, 41 km dərinlikdə yerləşir.
Tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Kaira Agayeva
Fins.az