Çeçenistan rəhbəri Ramzan Kadırov ölkədə kanonik Ukrayna Pravoslav Kilsəsinə (UOC) qadağa qoyulmasını dəlilik adlandırıb. Onun müsahibəsindən bir fraqment "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinin teleqram kanalında dərc olunub.
Fins.az xəbər verir ki, Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin UOC-u qadağan edən qanunu imzalamasını şərh edib. “Bu dəlilikdir, nəinki insan belə şeytan belə fikirləşə bilməz”, – Kadırov deyib.
Çeçenistan rəhbərinin fikrincə, qanunun qəbulu “Qərbin öz maraqlarının olması” ilə bağlıdır. Kadırov həmçinin qeyd edib ki, o, “bütün bunlara birdəfəlik son qoymaq” istəyir.
Kaira Agayeva
Fins.az