X sosial şəbəkəsinin sahibi İlon Mask, Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanmasına münasibət bildirərək, bu hadisəni ABŞ Konstitusiyasının söz azadlığına zəmanət verən ilk düzəlişin reklamı adlandırıb.
Fins.az xəbər verir ki, Mask, X platformasında paylaşdığı mesajda, “İlk düzəliş üçün bu elana baxın. O, çox inandırıcıdır” deyə qeyd edib və Avropada söz azadlığına dair narahatlıqlarını ifadə edərək, “2030-cu ildir, Avropada hər hansı bir memi bəyəndiyinizə görə edam olunacaqsınız” deyə əlavə edib.
Pavel Durov, avqustun 24-də Parisdə saxlanılıb və istintaq onun Telegram-da moderasiyanın olmaması səbəbindən cinayətlərə töhfə verdiyini iddia edir. Durov, Rusiya, BƏƏ, Fransa və Sent Kitts və Nevis vətəndaşıdır və hazırda Forbes-in ən zəngin rusları siyahısında səkkizinci yerdədir.
Kaira Agayeva
Fins.az