DÜNYA

26 Avqust

Kopenhagen Fond Birjasının yanğından sonra bərpasına başlanılıb

Aprel ayında yanğın nəticəsində zərər görən Kopenhagen Fond Birjasının binasının yenidən qurulmasına başlanılıb. Bərpa işləri üçün xüsusi materiallar tələb olunur. Bina üçün təxminən bir milyon ədəd 400 illik üsulla hazırlanmış kərpicə ehtiyac var. Bu məqsədlə Almaniyada uyğun istehsalçı tapılıb.

Fins.az xəbər verir ki, bina üçün 150 yaşlı və 30-45 metr hündürlüyündə olan 800-1000 ədəd küknar ağacına ehtiyac var. Bu ağacların kəsilməsi yalnız yanvarın sonunda mümkündür, əks halda 2025-ci ilə qədər gözləmək lazım gələcək.

Baltik dənizi ölkələrində və İsveçdə uyğun oduncaq axtarışları davam edir. Rekonstruksiyanın təxminən 80-160 milyon dollara başa gələcəyi və 5-10 il çəkəcəyi gözlənilir. Yanğının səbəbi hələ də bəlli deyil və polis araşdırmaları davam edir.
 

Kaira Agayeva
Fins.az