DÜNYA

26 Avqust

Çin ABŞ-dan ölkəni ləkələməyi dayandırmağı xahiş edib

"ABŞ Çinə qarşı fərq qoymadan sanksiyalar tətbiq etməyi və onu Ukrayna münaqişəsindəki mövqeyinə görə təhqir etməyi dayandırmalıdır."

Bu barədə Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən Çin Xarici İşlər Nazirliyinin ABŞ və Okeaniya üzrə departamentinin nümayəndəsi bildirib.

Fins.az xəbər verir ki, Pekin sülhə can atmağa və danışıqlara və Rusiya ilə Ukrayna arasında münaqişənin siyasi həllinə kömək etməyə davam edəcək.

“Amerika tərəfi ayrı-seçkilik olmadan birtərəfli sanksiyaların tətbiqini dayandırmalıdır. Həmçinin, Çini ləkələmək, təzyiq etmək və şantaj etməkdən əl çəkməlidir. Çin öz həyati maraqlarını və qanuni hüquqlarını qorumaq üçün qətiyyətli və enerjili tədbirlər görməyə davam edəcək”, - CCTV Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın səfəri öncəsi deyib.

Kaira Agayeva 

Fins.az