DÜNYA

26 Avqust

Hizbullah İsrailə yüzlərlə raket atıb

Livanın Hizbullah hərəkatı, iyul ayının sonunda İsrailin Beyrutda hərbi komandiri Fuad Şükrünü öldürməsinə cavab olaraq 320 raket və pilotsuz təyyarə hücumu həyata keçirdiyini açıqlayıb. İsraildə bu hücumların ardından 48 saat ərzində “xüsusi vəziyyət” rejimi tətbiq edilib.

Fins.az xəbər verir ki, hücumdan əvvəl İsrail ordusu, Hizbullahın geniş miqyaslı hücuma hazırlaşdığını bildirərək qabaqlayıcı zərbələr endirib. Əl-Mayadeen telekanalının məlumatına görə, bu zərbələr təxminən 20 dəqiqə davam edib, və Tel-Əvivdəki Ben Qurion hava limanı bir neçə saat bağlı qalıb.

Hizbullahın hücumu zamanı İsrailin şimalındakı 11 hərbi baza hədəfə alınıb, və azı bir nəfər yaralanıb. İsrailin müdafiə naziri Yoav Qalant, ölkədə iki günlük fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 

Baş nazir Benyamin Netanyahu müdafiə naziri ilə görüş keçirib və hərbi-siyasi nazirlər kabinetinin fövqəladə iclası planlaşdırılıb. Pentaqonun rəhbəri Lloyd Ostinlə də regional eskalasiyanın qarşısının alınması mövzusunda müzakirələr aparılıb.

Kaira Agayeva 

Fins.az