Rusiyanın Fransadakı səfirliyi, Fransa təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Telegram-ın qurucusu Pavel Durovla konsulluq əlaqəsi tələb edib. Diplomatik nümayəndəlik Durovun hüquqlarının müdafiəsi və onun saxlanma səbəblərinin izahını tələb edir. Səfirlik, Durovun vəkili ilə əlaqədə olduğunu da qeyd edib.
Fins.az xəbər verir ki, əldə edilən məlumata görə, Pavel Durov avqustun 24-də, şəxsi təyyarəsi ilə Paris yaxınlığındakı Le Burje hava limanına enərkən saxlanılıb. O, Azərbaycandan uçurdu. Fransada yalnız bu ölkədə keçərli olan həbs qərarı ilə saxlanılıb. Bildirilir ki, Durov, Telegram platformasını idarə etməkdən və təhlükəsizlik qüvvələrinə məlumat verməkdən imtina etdiyinə görə ağır cinayətlərə kömək etməkdə şübhəli bilinir.
Kaira Agayeva
Fins.az