Taylandın Phuket adasında güclü yağışdan sonra torpaq sürüşməsi baş verib. Son məlumatlara görə, ikisi Rusiya vətəndaşı olmaqla 8 nəfər həlak olub.
Fins.az xəbər verir ki, sürüşmə nəticəsində Tailand, Myanma və Rusiya vətəndaşları həlak olub. Xilasedicilər onların meyitini tapıblar. Nəşr dəqiqləşdirir ki, ölənlər arasında üç kişi və beş qadın var. Rusiyanın Tailanddakı səfirliyi hələlik adada rusların öldüyünü təsdiqləməyib.
Avqustun 23-də səhər saatlarında dağdan sürüşmə mehmanxanaların yerləşdiyi yaşayış massivinə enib. Xilasedicilər axtarışları davam etdirirlər. Davam edən leysan əməliyyatı çətinləşdirir.
Kaira Agayeva
Fins.az