Meymunçiçəyi (meymun pox və ya mpox) infeksiyasının ilk hadisəsi Taylandda qeydə alınıb. Xəstə Afrikadan Banqkoka gələn avropalıdır.
Bu barədə Tailand Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti məlumat yayıb.
Fins.az xəbər verir ki, xarici vətəndaş Banqkoka gəldikdən bir gün sonra, avqustun 15-də simptomlarla xəstəxanaya yerləşdirilib.
Tailand səlahiyyətliləri, 66 yaşlı yoluxmuş şəxsin 43 nəfərlə yaxın təmasda olduğunu və dərhal müşahidə altına alındığını müəyyən edib. Onlarda mpox simptomları aşkar edilərsə, 21 gün ərzində nəzarətdə saxlanılacaqlar.
Kaira Agayeva
Fins.az