Hindistanın Baş Naziri Narendra Modi, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib. Bu, 1992-ci ildən diplomatik münasibətlərin qurulmasından sonra Modi'nin Ukraynaya ilk səfəridir. Səfərin rəsmi məqsədi ikitərəfli münasibətləri müzakirə etməkdir.
Fins.az Hindistan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, müzakirələr siyasi, ticarət, iqtisadi, investisiya, təhsil, mədəniyyət və humanitar sahələri əhatə edəcək. Ukrayna-Rusiya münaqişəsinin də gündəmə gələcəyi gözlənilir. Modi'nin səfəri bir günlük olacaq, əvvəlcə o, Polşada işgüzar səfərdə olub.
Bloomberg agentliyi xəbər verir ki, Modi Rusiya-Ukrayna münaqişəsində vasitəçi rolunu qəbul etməyib. Lakin o, lazım gələrsə, prezidentlər arasında mesajlar çatdırmağa razıdır.
Kaira Agayeva
Fins.az