DÜNYA

23 Avqust

NATO Almaniyadakı aviabazasında təhlükəsizliyi gücləndirib

NATO-nun Almaniyanın Geilenkirxen şəhərindəki hava bazasında mümkün təhlükə ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb. Almaniyanın “Zeit” qəzeti bazanın nümayəndəsinə istinadən xəbər verir ki, kritik əməliyyatlarda iştirak etməyən personal ehtiyat tədbiri olaraq evə göndərilib. Təhlükə ilə bağlı kəşfiyyat məlumatı alınıb, lakin detalları açıqlanmayıb.

Fins.az xəbər verir ki, baza sözçüsü, bu tədbirin narahatçılığa səbəb olmadığını, sadəcə kritik əməliyyatların davamını təmin etmək məqsədini güddüyünü bildirib. Geilenkirchen, Hollandiya ilə sərhəd yaxınlığında yerləşir və AWACS erkən xəbərdarlıq sistemi ilə təchiz edilmiş NATO təyyarələri burada yerləşir.

Avqustun 14-də Almaniya, Köln rayonunda Bundesver kazarmasında mümkün təhlükəni araşdırmağa başladığını açıqlayıb. Təxribatın Köln hava limanı yaxınlığında, 4,3 min hərbçi və 1,2 min mülki şəxsin xidmət etdiyi obyektdə baş verə biləcəyi ehtimal olunur. Almaniya, Rusiyanın iki hərbi bazada təxribat törətməkdə əli olduğundan şübhələndiyini bildirir.

Aprel ayında isə Bavariyada Rusiya və Almaniya vətəndaşlığı olan iki nəfər partlayıcı fəaliyyətlərə və casusluğa hazırlaşmaqda şübhəli bilinərək həbs edilib.

Kaira Agayeva 

Fins.az