ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razı olduğunu açıqlayıb.
Fins.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Mən bütün amerikalılar üçün prezident olmağa söz verirəm. Siz həmişə mənə ölkəni partiyadan və eqodan üstün tutmaqda etibar edə bilərsiniz”, - deyə Harris bildirib.
Bundan əvvəl Minnesota qubernatoru Tim Uolz, Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən açıqlamışdı.
Kaira Agayeva
Fins.az