Amerikalı milyarder və ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask, milyonlarla insana beyin çipləri implantasiya etmək niyyətindədir.
Fins.az xəbər verir ki, bu cihazdan istifadə edən şəxslər kompüter dəstəkli dizayn (CAD) proqramı vasitəsilə 3D obyektlərin dizaynı kimi yeni tapşırıqları yerinə yetirə biləcək.
İlon Mask, hər şey planlandığı kimi getsə, bir neçə il ərzində yüzlərlə insanın “Neuralink” çiplərindən istifadə edəcəyini bildirib. “Bu sayı beş il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insana çatdırmağı ümid edirik,” - deyə Mask X sosial şəbəkəsində yazıb.
Kaira Agayeva
Fins.az