Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın Hindistana uçuşu zamanı istifadə etdiyi diplomatik pasportu ləğv ediləcək. “The Hindu” qəzetinin Banqladeş Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu qərarı ölkənin müvəqqəti hökuməti qəbul edib.
Fins.az xəbər verir ki, sabiq baş nazirin istefa verdiyi gün Hindistana səyahət etdiyi sənəd etibarsız sayılacaq. Həmçinin, onun Avami Liqası partiyasından olan bütün parlament üzvlərinin diplomatik pasportları da ləğv ediləcək.
“Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı bütün maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra qəbul edib və artıq ölkənin bütün mühacirət məntəqələrini xəbərdar edib”, – qəzet yazır.
Kaira Agayeva
Fins.az