DÜNYA

23 Avqust

"Nestle"nin baş direktoru şirkətdən ayrılacaq

İsveçrənin "Nestle" korporasiyasının baş direktoru Mark Şnayder 2024-cü ilin sentyabrında vəzifəsindən ayrılacaq. Şirkətin mətbuat xidməti bu barədə məlumat yayıb.

Fins.az xəbər verir ki, "Nestle"nin direktorlar şurası Laurent Freicheti yeni baş direktor təyin edib. Hazırda Freichet korporasiyanın icraçı vitse-prezidenti və Latın Amerikası regionunun rəhbəri kimi çalışır.

Məlumatda qeyd olunur ki, Laurent Freichet 2025-ci il İllik Ümumi Yığıncağında direktorlar şurasının üzvlüyünə də namizəd göstərilib.

Mark Şnayder 2017-ci ildən "Nestle"nin baş direktoru vəzifəsində çalışır. Şirkət bildirib ki, onun rəhbərliyi dövründə qəhvə, ev heyvanlarına qulluq və sağlam qida məhsulları kimi sürətlə inkişaf edən sahələrə diqqət yönəldilib.
 

Kaira Agayeva 

Fins.az