DÜNYA

23 Avqust

Livanda 260-a yaxın insan ağ fosfordan zəhərlənib

2023-cü ilin payızından bəri 260-a yaxın livanlı, İsrailin cənub rayonlarını bombardman edərkən istifadə etdiyi ağ fosfordan zəhərlənib. 

Fins.az xəbər verir ki, Livanın “Al Wataniya” agentliyi bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. 

Məlumata görə, 2023-cü ilin oktyabrından 2024-cü ilin avqustun 20-dək ən azı 257 nəfər fosfor zəhərlənməsindən əziyyət çəkib. Livanda, “Hizbullah” hərəkatı ilə İsrail arasında silahlı eskalasiya başlayandan bu yana ümumilikdə 564 nəfər ölüb.

Nazirliyin məlumatına əsasən, ötən ilin payızından bu yana ən azı 110,099 nəfər İsrailin hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, iyunun 27-də “Financial Times” radar və peyk məlumatlarına əsaslanaraq, İsrailin demək olar hər gün “Hizbullah” hədəflərini beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmiləri ilə atəşə tutduğunu və bu səbəbdən Livanla sərhəd boyunca 5 kilometrlik zonanın yaşayış üçün tam yararsız hala gəldiyini açıqlamışdı.

Kaira Agayeva 

Fins.az