DÜNYA

23 Avqust

Yeni Kaledoniyada ölənlərin sayı hesablanır

Yeni Kaledoniyanın yerli sakinləri olan kanaklar, Fransa prezidenti Emmanuel Makrona müraciət edərək, ada sakinlərinin hüquqlarını bərabərləşdirməli olan konstitusiya islahatının ləğvini tələb ediblər. Bu tələb, müstəqillik tərəfdarları ilə “sadiqlər” arasında may ayında baş verən iğtişaşlardan sonra gəlib. 

Fins.az xəbər verir ki, Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniya, Sakit Okeanın cənub-qərbində yerləşir və müxtəlif etnik qruplar arasında qarşıdurmalar davam edir. Kanakların liderləri, prezident Makrondan may ayında parlamentdə müzakirəyə çıxarılması planlaşdırılan, lakin iğtişaşlar səbəbindən təxirə salınan konstitusiya islahatını ləğv etməyi tələb edirlər.

Kaira Agayeva 

Fins.az