DÜNYA

23 Avqust

MAQATE rəhbəri Rafael Qrossi Kiyevə səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi, gələn həftə Kursk Atom Elektrik Stansiyasına (AES) səfər etdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

Fins.az xəbər verir ki, Qrossi, Kursk AES yaxınlığında baş verən toqquşmalardan narahatlığını ifadə edib və sovet dövründən qalma reaktorların zəif müdafiəsi ilə bağlı təhlükələri vurğulayıb.

Kursk AES, Kursk şəhərindən 40 km qərbdə yerləşir və avqustun 6-dan etibarən bölgədə Ukrayna ordusu ilə toqquşmalar davam edir. Avqustun 22-də prezident Vladimir Putin, Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-ə hücum cəhdləri barədə məlumat verib. MAQATE rəhbəri Qrossi, stansiyaların təhlükəsizlik risklərini qiymətləndirmək üçün tədbirlər görməyə çağırılıb.

Kaira Agayeva 

Fins.az