DÜNYA

23 Avqust

Tayvanın müdafiə xərcləri 2025-ci ildə 7,7% artacaq

Tayvanın müdafiə xərcləri 2025-ci ildə 7,7% artaraq adanın illik ÜDM artımını keçəcək. Bu barədə avqustun 22-də Tayvan Nazirlər Kabineti bəyan edib və müdafiə xərclərinin artırılmasını Pekindən gələn təhlükənin qarşısını almaq üçün qırıcı təyyarələrin və raketlərin sayının artırılması zərurəti kimi göstərib.

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinə görə, illik müdafiə xərcləri təxminən 647 milyard NT$ (20,25 milyard dollar) təşkil edəcək ki, bu da adanın həmin il təxmin edilən ÜDM-nin 2,45%-ni təşkil edir. Bunun 2,83 milyard dolları yeni döyüş təyyarələrinin alınmasına və raket istehsalının artırılmasına yönəldiləcək – əlavə hərbi xərclərin bu hissəsi 2021-ci ildə 7,5 milyard dollar dəyərində beşillik proqram çərçivəsində təsdiqlənib.

Büdcə hələ parlament tərəfindən təsdiqlənməlidir, lakin həm Demokratik Tərəqqi Partiyası, həm də Kuomintang adanın müdafiəsinin gücləndirilməsini dəstəkləyir.

Xatırladaq ki, Çin adanın güc yolu ilə geri qaytarılmasını istisna etmədən Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və mütəmadi olaraq Tayvan yaxınlığında hava və dəniz məkanında böyük hərbi təlimlərlə öz mövqeyini nümayiş etdirir.

Kaira Agayeva

Fins.az