Çinin hakimiyyət orqanları öz vətəndaşlarına Livanı mümkün qədər tez tərk etməyi tövsiyə edir.
Fins.az xəbər verir ki, bu barədə ÇXR-in Beyrutdakı səfirliyi məlumat yayıb. Xəbərdarlığın son vaxtlar Livan-İsrail sərhədində yaşanan gərginlik və yaranmış təhlükəli vəziyyətlə bağlı olduğu bildirilir.
Çin diplomatik missiyası, həmçinin xatırladır ki, "evə qayıtmaq və ya Livanı mümkün qədər tez tərk etmək üçün hələ də mövcud olan kommersiya uçuşlarından yararlanmaq lazımdır”. Bu ölkədə qalmağı seçənlər isə “risklərdən qaçmalı, ayıq-sayıq olmalı, təhlükəsizlik və fövqəladə hallara effektiv hazırlıq tədbirlərini gücləndirməlidirlər”.
Bundan əlavə, səfirlik Çin vətəndaşlarına Livanın cənubundakı xüsusilə təhlükəli ərazilərə səyahətdən çəkinmək barədə də xəbərdarlıq edib.
İsrailin şimal bölgələri Livan ərazisindən mütəmadi atəşə tutulur. İsrail qüvvələri qarşı tərəfə cavab atəşi açır. Davam edən gərginliklə əlaqədar yəhudi dövlətinin sərhəd bölgəsindən 80 minədək vətəndaş təxliyə olunub.
Kaira Agayeva
Fins.az