Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın milli təhlükəsizliyinə təhdidlərə qarşı mübarizədə süni intellekt (AI) texnologiyalarından istifadə etmək niyyətindədir.
Fins.az-ın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin direktoru Kristofer Rey bildirib.
“Biz Amerika xalqını eyni texnologiyaya əsaslanan kənar təhdidlərdən qorumaq məqsədilə süni intellektdən istifadə etmək üçün sənaye ilə sıx əməkdaşlıq etməliyik”, - agentliyə müsahibəsində o vurğulayıb.
Reyin sözlərinə görə, süni intellekt ABŞ-ın təhlükəsizliyinə təhdidlərlə mübarizədə ən təsirli vasitəyə çevrilib.
Kaira Agayeva
Fins.az