DÜNYA

22 Avqust

Rusiyalı alpinist Sergey Nilovun axtarışları dayandırılıb

Avqustun 17-də Pakistanın Qaşerbrum dağında yoxa çıxan rusiyalı alpinist Sergey Nilovun axtarışları dayandırılıb. Rusiya Alpinizm Federasiyası onun ölü elan edildiyini açıqlayıb. Sergey Nilov 2023-cü ildə həmin dağda yoxa çıxmış Dmitri Qolovçenkonun cəsədinin axtarışı üçün təşkil edilmiş ekspedisiyanın üzvü idi.

Fins.az xəbər verir ki, buz yığınının uçması nəticəsində Sergey Nilov yoxa çıxıb, digər iki ekspedisiyanın üzvü Mixail və Sergey Mironov isə yaralanıb. Federasiyanın məlumatına görə, uzunmüddətli qar yağışı və yamacların böyük qar təbəqəsi ilə örtülməsi səbəbindən axtarış əməliyyatları nəticə verməyib.

Avqustun 17-də dağıntıdan sonra üç alpinistlə əlaqə kəsilib, lakin Mixail və Sergey Mironov tezliklə sağ tapılıb və avqustun 22-də Skardu xəstəxanasına aparılıblar. Sergey Nilovun axtarışları hava şəraiti səbəbindən çətinləşib və onun dəqiq koordinatlarını təyin etmək mümkün olmayıb.

47 yaşlı Sergey Nilov alpinizmdə əldə etdiyi yüksək nailiyyətlərə görə beynəlxalq "Qızıl Buz Baltası" (Piolet d'Or) mükafatına iki dəfə, "Rusiyanın Qızıl Buz Baltası" mükafatına isə dörd dəfə layiq görülmüşdü.

Kaira Agayeva 

Fins.az