Finlandiyanın Rusiya ilə həmsərhəd olan Mikkeli şəhərində NATO-nun quru qüvvələrinin alt qərargahı yaradılacaq və təxminən 4000-5000 əsgərdən ibarət briqadanın əməliyyatlarını və təlimlərini idarə etməyə başlayacaq.
Fins.az xəbər verir ki, bu barədə "İltalehti" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Briqadanın Finlandiyanı qorumaq üçün yaradıldığı bildirilir.
Mənbələrin bildirdiyinə görə, payızın əvvəlində Finlandiya hökuməti və NATO Mikkeli qərargahının fəaliyyəti haqqında ictimaiyyətə məlumat verəcəklər.
Kaira Agayeva
Fins.az