Tayvan hakimiyyəti 2025-ci ildə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması proqramlarına 90,4 milyard Yeni Tayvan dolları (təxminən 2,83 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.
Fins.az xəbər verir ki, bu barədə Tayvanın İcra Yuanının (Hökumət Kabineti) təqdim etdiyi 2025-ci il üçün büdcə layihəsində deyilir.
Sənədə əsasən, proses çərçivəsində yeni qırıcı təyyarələrin alınması da nəzərdə tutulub.
Daha əvvəl adanın administrasiyasının rəhbəri Lai Qinqde bildirmişdi ki, gələn ilin büdcə layihəsində Tayvanın müdafiə xərclərinin rekord həddə - 647 milyard Yeni Tayvan dollarına (təxminən 20,25 milyard ABŞ dolları) artırılması nəzərdə tutulur.
Kaira Agayeva
Fins.az