Mumbay-Trivandrum reysi ilə uçan “Air India” şirkətinə məxsus təyyarə mina təhlükəsi ilə bağlı təcili eniş edib.
Fins.az xəbər verir ki, NDTV telekanalına istinadən xəbər verir ki, təyyarədə olan 135 sərnişin təxliyə edilib.
Məlumata görə, ekipaj komandiri mina təhlükəsinə dair məlumat alıb və təyinat yerinə xəbər verib.
Qeyd edilib ki, Trivandrum Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət elan edilib və enişdən sonra təyyarə təcrid olunmuş hissəyə göndərilib.
Hadisə barədə hələlik açıqlama verilməyib.
Kaira Agayeva
Fins.az