Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək.
Fins.az xəbər verir ki, Gürcüstan Yollar Departamenti bu layihə ilə bağlı tender elan edib. Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollarının tikintisi 2025-ci ildən başlayacaq. 61,3 km uzunluğunda dördzolaqlı yolun tikintisi 30 ay ərzində mərhələlərlə tamamlanacaq.
Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.
Kaira Agayeva
Fins.az