Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) deputatları Gülşarkan Kultayeva və Daniyar Tolonov bu gün “Korea Wheel” şirkətinin baş direktoru Cin Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər. Trend.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Fins.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Qırğızıstan və Cənubi Koreya arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi imkanları, o cümlədən kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"Korea Wheel" şirkətinin baş direktoru Jin Soo Park kənd təsərrüfatında qabaqcıl texnologiyaya əsaslanan ağıllı təsərrüfatlardan istifadənin faydalarını vurğulayaraq şirkətin fəaliyyəti haqqında məlumatlar təqdim edib.
Kaira Agayeva
Fins.az