DÜNYA

22 Avqust

ABŞ-ın ən böyük neft xidməti şirkəti kiberhücuma məruz qalıb

Reuters xəbər verir ki, ABŞ-ın ən böyük neft xidməti şirkətlərindən biri olan Halliburton kiberhücuma məruz qalıb və şirkət əməkdaşları bu problemi aradan qaldırmağa çalışır.

Fins.az-ın məlumatına görə, Halliburton-un sözçüsü bildirib ki, şirkət müəyyən sistemlərinə təsir edən problemdən xəbərdardır və hazırda bu problemin səbəbi və təsirini araşdıraraq, problemi həll etməyə çalışır.

Reuters-ə görə, hücum Halliburton-un Hyustonun şimalındakı əməliyyatlarına və bəzi qlobal rabitə şəbəkələrinə təsir edib. Halliburton, qazma xidmətləri və avadanlıqlar təqdim edən dünya üzrə ən böyük neft-mədən xidmətləri şirkətlərindən biridir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Şirkətin mərkəzi Texas ştatının Hyuston şəhərində yerləşir və 2023-cü ilin sonuna təxminən 48 min işçisi var idi.

2022-ci ilin martında Halliburton, Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən bu ölkədəki fəaliyyətini dayandıracağını açıqlamış və həmin ilin payızında 340 milyon dollar dəyərində qiymətləndirilən Rusiya aktivlərini yerli rəhbərliyə satmışdı.

Kaira Agayeva 

Fins.az