DÜNYA

22 Avqust

ABŞ vətəndaşı Çinin xeyrinə casusluq ittihamı ilə saxlanılıb

ABŞ vətəndaşı Yuanjun Tan, Çin Dövlət Təhlükəsizlik Nazirliyində işləmək üçün sui-qəsddə və FTB-yə yalan ifadə verməkdə ittiham olunur.

Fins.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinə görə, Yuanjun Tan əvvəllər Çin vətəndaşı olub və dissident fəaliyyəti səbəbindən Çində həbs edilib. 2002-ci ildə Tayvana qaçan Tan, sonradan ABŞ-dan siyasi sığınacaq alıb.

67 yaşlı Tan, Nyu-Yorkda yaşayır və Çin demokratiyasını dəstəkləyən qeyri-kommersiya təşkilatına rəhbərlik edib. 2018-2023-cü illərdə Çin Xalq Respublikasının agenti kimi fəaliyyət göstərərək, Dövlət Təhlükəsizlik Nazirliyindən tapşırıqlar alıb. Tan, həmçinin çinli dissidentlərə qarşı məlumat toplayıb və bu məlumatları Çin hökumətinə çatdırıb.

Kaira Agayeva 

Fins.az