Minnesota qubernatoru Tim Vals, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların vitse-prezidentliyə namizədliyini rəsmən qəbul edib.
Fins.az xəbər verir ki, 60 yaşlı Tim Vals, Çikaqoda Demokratlar Partiyasının qurultayının üçüncü günündə, "Birləşmiş Ştatların vitse-prezidenti vəzifəsinə namizədliyi qəbul etmək böyük bir şərəfdir. Biz bu ölkəni sevirik," - deyə bildirib.
O, həmçinin prezidentliyə namizəd Kamala Harrisə, onu Demokratlar komandasına dəvət etdiyi və Co Baydenin "dörd illik güclü və tarixi liderlik" yolunda onu dəstəklədiyi üçün təşəkkür edib.
Bir gün əvvəl Demokrat Partiyasının nümayəndələri milli qurultayda Kamala Harrisi ABŞ prezidentliyinə namizəd kimi rəsmən təsdiq ediblər. Demokratlar Partiyası avqustun 7-də keçiriləcək prezident seçkilərində rəsmi olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Elə həmin gün Kamala Harris, Tim Valsi öz vitse-prezidenti olaraq seçib.
Fox News telekanalı avqustun 16-da xəbər verib ki, ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsi, Tim Vals ilə Çin və Çin Kommunist Partiyasına yaxın strukturlar arasında mümkün əlaqələri araşdırır.
Kaira Agayeva
Fins.az